Canni De Byazi dünya çempionatının iki ildən bir keçirilməsinə münasibət bildirib

"Mundialın iki ildən bir keçirilməsinin tamaşaçı baxımından nə qədər faydalı olduğunu deyə bilmərəm".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi dünya çempionatının iki ildən bir təşkili ilə bağlı "Rsi.ch" nəşrinə açıqlamasında deyib.

İtaliyalı mütəxəssis bunun futbolçuların çox oyun keçirməsinə səbəb olacağını bildirib: "Bunun tamaşaçı baxımından nə qədər faydalı olduğunu deyə bilmərəm. Futbolçu karyerası ərzində özünü necə idarə etməli olduğunu bilirsə, ömür boyu ondan stabil faydalana bilər və istirahət üçün də çox vaxt tapar. Bunu hər hansı mənfi təsirinin olmayacağını düşünmürəm".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlandı

SONRAKI XƏBƏR

Dani Kintana: "Emrelinin Belçikadan təklifi var idi, ona Polşaya gəlməsini söylədim"