“Atletiko”nun oyun üslubunu bəyənmirəm” – Klopp

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasında "Atletiko"ya (İspaniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan almaniyalı mütəxəssis "Atletiko"nun oyun üslubunu bəyənmədiyini deyib:

"Atletiko"nun baş məşqçisi Dieqo Simeone hər şeyi düz edir. O, İspaniya La Liqasının son qalibidir və uzun müddətdir ki, komandayla çalışır. Simeone "Atletiko"nun daha yaxşı olması üçün mübarizə aparır. Ona hörmətlə yanaşıram.

"Atletiko"nun oyun üslubunu çox da bəyənmirəm. Bunun səbəbi mənim fərqli üslublara olan marağımdır. "Atletiko" üçün əsas olan nəticədir və bunu da əldə etməyi yaxşı bacarırlar".

Qeyd edək ki, bu gün keçiriləcək "Atletiko" - "Liverpul" matçı saat 23:00-da başlayacaq.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Qarabağın dark turizm potensialı: erməni barbarlığını dünya daha yaxından görəcək

SONRAKI XƏBƏR

"Keşlə" ötən mövsümün sonunda vidalaşdığı legioneri geri qaytarıb