"Yuventus" Ronaldo gəlməmişdən əvvəl yaşadığı ruhu qəbul etməlidir"

"Yuventus" Ronaldo gəlməmişdən əvvəl yaşadığı ruhu qəbul etməlidir"

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi bu il avqustunun sonunda "Mançester Yunayted"ə transfer olan Kriştiano Ronaldonun gedişini şərh edib.

O ,"Football İtalia"ya açıqlamasında deyib:

"Ronaldo seçimini etdi. Biz hamımız bu qərara hörmət edirik. Ötən mövsüm komanda Ronaldo üçün oynayırdı. Amma indi "Yuventus" Ronaldo gəlməmişdən əvvəl yaşadığı ruhu qəbul etməlidir. Yenidən oyunun zövqünü hiss etmək lazımdır".

Milli.Az

Mənbə: news.milli.az