UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun oyunları keçirilib

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun oyunları keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, A qrupunda PSJ Fransada Almaniyanın “Leyptsiq”klubu ilə qarşılaşıb. Görüş Paris təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində qollardan ikisini Lionel Messi vurub. Gecənin ən maraqlı qarşılaşmalarından biri B qrupunda baş tutub. İngiltərənin “Liverpul” klubu İspaniyada “Atletiko Madrid”i 3:2 hesabı ilə məğlub edib. Madrid təmsilçisi 52-ci dəqiqədə azlıqda qalıb. Antuan Qrizmann birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qrupun digər oyununda “Milan” Portuqaliyanın “Portu” klubuna minimal hesabla uduzub. C qrupunda Niderlandın “Ayaks” klubu evdə Almaniyanın “Borussiya” klubunu darmadağın edib - 4:0. D qrupunda Moldovanın “Şerif” klubu İtaliyada “İnter”lə qarşılaşıb. Tiraspol təmsilçisi bu dəfə məğlub olub. Digər oyunda isə “Real Madrid” “Şaxtyor”un qapısından 5 cavabsız top keçirib.

Mənbə: azertag.az