Qurban Qurbanov: "Kayrat"a qalib gəlmək üçün daha istəkli olmalıyıq"

"Hamımız bu oyuna ciddi hazırlaşmışıq. Oyundan-oyuna məsuliyyət daha da çoxalır. qrupdakı Hər xalın sonda bizə çox böyük köməyi dəyə bilər".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Qazaxıstanın "Kayrat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, bəzən rəqiblərin açıqlamaları izləyir: "Kayrat" matça çox ciddi yanaşır. Onların "Bazel"lə oyununa baxmışam. Hesabı kənara qoyaq. Bu bizi aldada bilər. İsveçrə komandasına qarşı yaxşı oynadılar. Rəqibin təcrübəli futbolçuları var. Qalib gəlmək üçün əvvəlki oyunlardan daha istəkli olmalıyıq. Hər şeyə əl atacağıq. Futbolçulara inanıram. Onların özlərini yaxşı tərəfdən göstərəcəyini bilirəm".

Qurbanov Almatı təmsilçisinin fərqli futbol oynadığını söyləyib: "Müdafiə futbolu oynayırlar və əks-hücumnlara çıxırlar. Biz topun sürətini artırmalııyq. Mütləq səbrli olmalıyıq. Hər komandanın istənilən rəqibə qalib gəlmək potensialı var. Sonadək hər dəqiqə diqqətli olmalıyıq. Bəzən rəqib də bizim düşünmədiyimizi meydanda edir. Bunlara hazır olmalıyıq. Ağıllı müdafiə olunmağı bacarmalıyıq. Oyunun tempini qaldırmağa çalışacağıq".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Dörd Amerika təyyarəsi Rusiyanın hava məkanına daxil oldu

SONRAKI XƏBƏR

Şuşada Molla Pənah Vaqifin büstü qoyuldu