“Bu stadionda oynamaq hər zaman yaxşıdır” - Zubir

“Bu stadionda oynamaq hər zaman yaxşıdır”  - Zubir

“Qrup mərhələsinə yaxşı start vermişik və bunu davam etdirməliyik. Rəqib yaxşı komandadır, amma evdə oynayacağıq, qələbə bizim üçün vacibdir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda “Kayrat”a qarşı keçirəcəkləri oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O, öz çıxışı barədə də danışıb: “Çempionat və Konfrans Liqası fərqlidir. Həmişə effektiv olmağa çalışmışam. Bu dəfə də eyni olacaq. Meydanda ən yaxşısını etməyə çalışacam”.

Zubir yenidən Tofiq Bəhramov adına stadionda oynayacaqları ilə bağlı fikirlərini də açıqlayıb: “Burada oynamaq bizim üçün hər zaman yaxşıdır. Çünki azarkeşlər stadiona daha yaxındır”.

Mənbə: qafqazinfo.az