Taekvando üzrə Ağcabədi rayon turnirində 40-dan çox idmançı mübarizə aparıb

Ağcabədi Olimpiya İdman Kompleksində 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş taekvondo idman növü üzrə uşaq, yeniyetmələr və gənclər arasında rayon turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, pandemiya dövrünün qaydalarına uyğun olaraq keçirilən turnirdə 40-dan çox idmançı iştirak edib. Turnirin açılışında çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb, Müstəqilliyin Bərpası Günü barədə ətraflı məlumat verib. Bildirib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq cari ildə keçirilmiş Beynəlxalq yarışlarda, Azərbaycan çempionatı və birinciliklərində Ağcabədi taekvondoçularının uğurlu nəticələr əldə etmələri rayonda idmanın inkişafının bariz nümunəsidir.

Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblərə rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bəzi kafelərdə COVID-19 pasportu niyə yoxlanılmır? - VİDEO

SONRAKI XƏBƏR

“Əjdaha klarnet çalır, amma adamlığı yoxdur” - Video