Ərəblərin aldığı İngiltərə klubu baş məşqçisi ilə yollarını ayırıb

Ərəblərin aldığı İngiltərə klubu baş məşqçisi ilə yollarını ayırıb

İngiltərənin "Nyukasl" klubu baş məşqçisi Stiv Brüsla yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Premyer Liqa təmsilçisi ingiltərəli baş məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, daha əvvəl "Nyukasl"ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.

Mənbə: report.az