UEFA Bakıda kontor şirkətinin reklamı üçün razılıq alıb? - AÇIQLAMA

UEFA Bakıda kontor şirkətinin reklamı üçün razılıq alıb? - AÇIQLAMA

Avropa Konfrans Liqasının “Qarabağ” – “Kayrat” (Qazaxıstan) oyunundan öncə paytaxtımızda keçirilən mətbuat konfransında “Bwin” kontor şirkətinə məxsus loqonun olması diqqətimizdən yayınmayıb.

Oxu.Az məsələ ilə bağlı Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxlayıb.

G.Abbaszadə UEFA-nın sponsoru olan loqonun reklam stendində olmasını əldə olunmuş razılıqla əlaqələndirib:

“Bildiyiniz kimi, bizim ölkədə mərc şirkəti olduğundan, qanunvericiliklə digər analoji qurumun reklamı qadağandır. UEFA da Azərbaycan qanununa hörmətlə yanaşaraq “Bazel”lə görüşdən öncə, oyun vaxtı və matçdan sonrakı mətbuat konfransı zamanı reklam lövhələrindən həmin şirkətin loqosunu çıxartmışdı. Ancaq bu və bundan sonrakı oyun və ya oyunlar üçün “Bwin”in reklamı Azərbaycan hökuməti ilə razılaşdırılıb”.

Səbuhi Musayev

Mənbə: www.oxu.az