"Karvan" klubu Region Liqasında iştirak edəcək

2021/2022 mövsümündə Region Liqasında çıxış edəcək daha bir komandanın adına aydınlıq gəlib.

"Report"un məlumatına görə, "Karvan" klubu yeni mövsümdən həvəskar komandalar arasında çempionatda mübarizə aparacaq.

Yevlax təmsilçisinin yarışda iştirakı artıq təsdiqlənib.

Qeyd edək ki, 2004-cü ildə təsis olunmuş "Karvan" klubu 2014-cü ildə fəaliyyətini dayandırıb. Premyer Liqanın gümüş və bürünc mükafatçısı, ölkə kubokunun finalçısı olmuş kollektiv UEFA Kubokunda ilk dəfə mərhələ keçən Azəbaycan təmsilçisi kimi tarixə düşüb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir

SONRAKI XƏBƏR

“Range Rover”lə 4 nəfərin ölümünə səbəb olsa da, özünü təqsirli bilmir