FIFA sammitinin vaxtı açıqlanıb

FIFA sammitinin vaxtı açıqlanıb

FIFA-nın növbəti qlobal sammitinin vaxtı açıqlanıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, tədbir dekabrın 20-də baş tutacaq.

Videokonfrans formatında keçiriləcək sammitdə əsas müzakirə mövzularından biri beynəlxalq turnirlərin təqvimi və dünya çempionatının 2 ildən bir təşkili ideyası olacaq.

Mənbə: report.az