"Spartak" - "Lester" oyununda 7 qol vuruldu

"Spartak" - "Lester" oyununda 7 qol vuruldu

Bu gün Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun daha bir oyunu keçirilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, Moskva "Spartak"ı doğma meydanda "Lester Siti" ilə üz-üzə gəlib. Bol qollu qarşılaşmanın sonunda sevinən İngiltərə təmsilçisi olub.

Bu qrupun digər oyunu sabah "Napoli" (İtaliya) ilə Polşa "Legiya"sı arasında baş tutacaq. Hansı ki, Polşa təmsilçisində Azərbaycan millisinin hücumçusu Mahir Emreli də forma geyinir.

Avropa Liqası
C qrupu
20 oktyabr

"Spartak" (Moskva, Rusiya) - "Lester Siti" (İngiltərə) 3:4
Qol: Sobolyov, 11; 86. Larsson, 44 - Daka, 45; 48; 54; 79.

Xal durumu: Legiya - 6, Lester Siti - 4, Spartak - 3, Napoli - 1.

Mənbə: news.milli.az