"Ağ canavar" finalda - FOTO

"Ağ canavar" finalda - FOTO

Azərbaycan idmançısı Eduard Məmmədov kikboksinq üzrə keçirilən dünya çempionatında finala yüksəlib.

BAKU.WS xəbər verir ki, "ağ canavar" ləqəbli idmançımız yarımfinalda avstriyalı idmançını mübarizədən kənarlaşdırıb.

"Dünya çempionatında keçirdiyim növbəti döyüşdə Avstriya idmançısı Durlacher Roman üzərində qalib gələrək finala adımı yazdırdım", - deyə E.Məmmədov vurğulayıb.

Mənbə: baku.ws