"Bavariya"nın baş məşqçisi virusa yoluxduğu üçün avrokubok matçını buraxacaq

"Bavariya"nın baş məşqçisi virusa yoluxduğu üçün avrokubok matçını buraxacaq

Almaniya "Bavariya"sının baş məşqçisi Yulian Nagelsman Portuqaliyada "Benfika"ya qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının qrup oyununu buraxacaq.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı mütəxəssis qripə yoluxduğu üçün texniki zonada yer almayacaq. Onun yoxluğunda komanda Dino Topmöller və Xaver Zembrod rəhbərlik edəcək.

Qeyd edək ki, bu gün oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mənbə: report.az