"Barselona" gənc hücumçusu ilə uzunmüddətli müqavilə imzalayıb - RƏSMİ

"Barselona" gənc hücumçusu ilə uzunmüddətli müqavilə imzalayıb - RƏSMİ

İspaniya "Barselona"sı futbolçusu Ansu Fati ilə müqavilənin müddətini uzadıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu ilə 6 illik yeni sözləşmə imzalanıb.

Kataloniya təmsilçisi gənc forvardın yeni təzminat məbləğinin isə 1 milyard avro olduğunu açıqlayıb.

Qeyd edək ki, Ansu Fati 2019-cu ildən "Barselona"nın əsas komandasında çıxış edir.

Mənbə: report.az