UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada Avstriya "Zaltsburq"undan Noa Okafor, Niderland "Ayaks"ından Deyli Blind, İngiltərənin "Liverpul" klubunun qapıçı Alisson Beker və Portuqaliya "Sportinq"indən Sebastyan Koates iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

Mənbə: report.az