“Omoniya”nın baş məşqçisi: “Şansımız “Qarabağ”la oyundan əvvəlkindən də azdır”

“Omoniya”nın baş məşqçisi: “Şansımız “Qarabağ”la oyundan əvvəlkindən də azdır”

"Tez-tez başqa ölkələrə səyahət etmək xoşdur. Ötən il oyunların azarkeşsiz keçirilməsi istər-istəməz mənfi təsir edirdi".

Day.Az APA-ya istinadən bildirir ki, bunu Konfrans Liqasında "Qarabağ"la eyni qrupda yer alan "Omoniya"nın baş məşqçisi Henninq Berq deyib.

III tur çərçivəsində bu gün "Bazel"in qonağı olacaq Kipr klubu səfərə heç də iddialı yollanmayıb. Ötən turda "Qarabağ"a evdə 1:4 hesablı məğlubiyyəti də xatırladan Berq İsveçrə klubunu daha güclü rəqib hesab edir: "Qarabağ"a məğlubiyyət hamımızı məyus etdi. Amma həmin oyunun hisslərimizi məhv etməsinə imkan verməyəcəyik. "Bazel" önündə şansımız "Qarabağ"la oyundan əvvəlkindən də azdır. Çünki "Bazel"in büdcəsi bizimkindən 5-6 dəfə çoxdur. Üstəlik, rəqib yüksək keyfiyyətə malikdir. Bu, təcrübə toplamaq baxımından bizim üçün önəmlidir".

Qeyd edək ki, qrupun digər matçında bu gün "Qarabağ" "Kayrat"ı qəbul edəcək.

Mənbə: news.day.az