“Legiya”nın baş məşqçisi Mahirdən narazıdır

Azərbaycan millisinin Mahir Emreli bu gün “Legiya”nın “Napoli”yə qarşı keçirəcəyi matçda iştirak etməyə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşa mətbuatı yazıb.

Bildirilib ki, komandanın baş məşqçisi Çeslav Mixneviç forvarddan narazıdır. O, Emrelinin ölkə çempionatının son turunda “Lex”ə qarşı matçda zəif çıxış etdiyini deyib və başqa futbolçuya şans vermək haqqında düşünür.

Qeyd edək ki, “Napoli” – “Legiya” oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Qarabağ”ın sabiq futbolçusu: “Kayrat”la matçda qələbə heç nəyi həll etmir”

SONRAKI XƏBƏR

Akar Brüsselə getdi