Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub

UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

"Report"un məlumatına görə, bu ada azarkeşlərin səsverməsinə əsasən Niderlandım "Ayaks" klubundan Deyli Blind layiq görülüb.

31 yaşlı müdafiəçi Almaniyanın "Borussiya" (Dortmund) komandasını 4:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. O, həmin qarşılaşmada 9 dəfə rəqib hücumunun qarşısını alıb.

Mənbə: report.az