Polkovnik-leytenant Eduard Məmmədov WAKO üzrə növbəti dəfə dünya çempionu oldu – VİDEO

Daxili İşlər Nazirliyinin polkovnik-leytenantı, “Dinamo” idman cəmiyyətinin baş inspektoru Eduard Məmmədov kikboksinqin "Kick Light" növündə qızıl medal qazanıb.

63 kiloqram çəkidə mübarizə aparan “Ağ canavar” ləqəbli idmançımız İtaliyada keçirilən WAKO versiyası üzrə dünya çempionatında qalib gəlib.

Eduard Məmmədov final döyüşündə ukraynalı idmançı Artyom Kaşkurtsevi məbluğ edərək dünya çempionu olub.

Beləliklə, idmançı WAKO versiya üzrə 6-cı, ümumi bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Telman İsmayılovun Rusiyaya eksdresiyası ilə əlaqədar məhkəməyə müraciət edildi

SONRAKI XƏBƏR

"Eşkiya dünyaya hükümdar olmaz" başlayır - TARİX - VİDEO