"Qarabağ" və "Kayrat" komandalarının start heyətləri açıqlanıb

"Qarabağ" və "Kayrat" komandalarının start heyətləri açıqlanıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcək "Qarabağ" və Qazaxıstanın "Kayrat" klublarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

"Kayrat": 1. Pokatilov, 4. Alip, 11. Voroqovski, 15. Baqnak, 16. Rikardo Alves, 18. Kante, 20. Duqaliç, 22. Kosoviç, 24. Mikanoviç, 25. Joao Paulo, 33. Polyakov

Baş məşqçi: Kurban Berdıyev

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Mənbə: report.az