Mahir Emreli "Napoli" ilə oyunda olmayacaq?

Mahir Emreli "Napoli" ilə oyunda olmayacaq?

Bu gün Avropa Liqasının 3-cü turunda "Legiya" səfərdə "Napoli"nin qonağı olacaq.

Day.Az bildirir ki, Offsideplus.az-ın məlumatına görə, Millimizin üzvü Mahir Emreli bu görüşdə iştirak etməyəсək. Bu informasiyanı Polşanın "legia.net" saytı yayıb. Məlumatda Varşava təmsilçisinin baş məşqçisi Çeslav Mixneviçin sözügedən matçda Mahirin əvəzinə 22 yaşlı Kasper Kostoja şans verməyi düşündüyü bildirilib. Mütəxəssisin millimizin futbolçusunun Polşa çempionatının 11-ci turunda "Lex"lə görüşdəki oyunundan (0:1) narazı qaldığı qeyd olunub. Bu səbəbdən də 24 yaşlı hücumçu Neapoldakı matça ehtiyat oyunçular skamyasında başlaya bilər.

Qeyd edək ki, "Napoli" - "Legiya" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək.

 

Mənbə: news.day.az