"Qarabağ" 5 ildən sonra avrokuboklardakı ev oyununda qələbə qazanıb

"Qarabağ" 5 ildən sonra avrokuboklardakı ev oyununda qələbə qazanıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda Qazaxıstan "Kayrat"ına qalib gələn "Qarabağ" uğursuz seriyaya son qoyub.

"Report"un məlumatına görə, Ağdam təmsilçisi 5 ildən sonra avrokubokların qrupunda ev qələbəsi qazanıb.

Qurban Qurbanovun başçılıq etdiyi kollektiv buna 15-ci matçında nail olub. "Köhlən atlar" sonuncu dəfə doğma meydanda 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-unu 2:0 hesabı ilə məğlub etmişdi. Həmin qarşılaşma 2016-cı il oktyabrın 20-də baş tutmuşdu.

Mənbə: report.az