"Daha yaxşı səviyyəyə qalxacağımıza inanıram" - Elmar Baxşıyev

"Daha yaxşı səviyyəyə qalxacağımıza inanıram" - Elmar Baxşıyev

“Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. Çətinlik matçın süni örtükdə keçirilməsindən ibarət idi. Belə meydanda oynamağa öyrəşməmişik".

Press.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Keşlə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 3:2 hesablı qələbəni belə şərh edib: "Komanda məni razı saldı, meydanda istədiyimizi nümayiş etdirməyə çalışdı. Bu, bəzi epizodlarda alınır, bəzən alınmırdı. Komandanın göstərdiyi futboldan məmnunam. Əzmkarlıq göstərdilər. Düşünürəm ki, daha yaxşı ola bilərik. Futbolçularımızda bu keyfiyyətlər var. Daha yaxşı səviyyəyə qalxa biləcəyimizə inanıram. Futbolçunun effektliliyini bir oyunla götürmürük. Ülvi İsgəndərovun yanaşması bizi razı salır. O, bu gün meydanda ən yaxşısını etməyə çalışırdı”.

Mənbə: press.az