"Liverpul" səfərdə "Mançester Yunayted"i darmadağın edib - VİDEO

"Liverpul" səfərdə "Mançester Yunayted"i darmadağın edib - VİDEO

İngiltərə Premyer Liqasında IX turun mərkəzi görüşü "Mançester Yunayted" və "Liverpul" komandaları arasında keçirilib.

"Report"un məlumatına görə, "Old Trafford" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. İlk qolu 5-ci dəqiqədə Nabi Keyta vurub. 13-cü dəqiqədə Dioqu Jota fərqi artırıb. Növbəti 3 qolu isə Məhəmməd Salah 38-ci, 45+5-ci və 50-ci dəqiqələrdə vurub.

61-ci dəqiqədə isə meydan sahiblərindən Pol Poqba Nabi Keytaya qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Onun komanda yoldaşı Kriştianu Ronaldu isə 45-ci dəqiqədə sarı vərəqə alıb. 52-ci dəqiqədə isə portuqaliyalı hücumçunun qolu ofsaydda olması səbəbindən qeydə alınmayıb.

Bu qələbədən sonra xalını 21-ə çatdıran "Liverpul" 2-ci pilləyə yüksəlib. "Mançester Yunayted" isə 14 xalla 7-cidir.

Mənbə: azpolitika.info