Namiqin komandası qalib gəldi, Vüsalın komandası isə...

Namiqin komandası qalib gəldi, Vüsalın komandası isə...

Türkiyə Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.

Press.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Keçiörengücü" "Ağrı 1970 Spor"u qəbul edib. Əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən görüşdə qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. Futbolçumuzun komandası minimal fərqlə uduzub - 4:5.

Vüsal sözügedən oyunda iştirak etməyib.

Millimizin üzvü Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" isə bu gün "Ceyhanspor"u qəbul edib. Komanda rəqibinə 6:1 hesabı ilə qalib gəlib. Namiq həmin qarşılaşmada meydana çıxmayıb.

Mənbə: press.az