"Bursaspor" rəqibini darmadağın etdi

"Bursaspor" rəqibini darmadağın etdi

Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubu Türkiyə kubokunda mübarizəyə başlayıb.

Report-un məlumatına görə, Bursa təmsilçisi III təsnifat mərhələsində aşağı liqa klubu "Ceyhanspor"u qəbul edib. Rəqibini 6:1 hesabı ilə darmadağın edən meydan sahibləri IV raunda yüksəliblər.

Ələskərovun adı bu qarşılaşma üçün I liqa təmsilçisinin iştirak ərizəsinə salınmayıb.

Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" isə "Ağrı 1970 Spor"a 4:5 hesabı ilə uduzaraq ölkə kubokunda mübarizəni dayandırıb. 26 yaşlı yarımmüdafiəçi bu görüşdə iştirak etməyib.

Mənbə: www.mia.az