Milli assosiasiyalara 5 əvəzetmə qaydasının ləğv edilməməsi tövsiyə olunub

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) oyunlarda 5 əvəzetmə qaydasının daimi olmasını tövsiyə edib. "Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, IFAB qərarın qüvvədə saxlanılması üçün konfederasiyalar, milli assosiasiyalar və liqalardan bir sıra sorğular alıb.

Bildirilib ki, bununla bağlı qərarı yerli qrurumlar verməlidirlər.

Qeyd edək ki, 2020-ci ilin mayında Avropa ölkələrinin çempionatlarında, eləcə də beynəlxalq turnirlərdə koronavirus pandemiyası ilə əlaqədar matçlar zamanı 3 deyil, 5 əvəzetməyə icazə verilməsi qərara alınıb. Qurum daha sonra bu qaydanın müddətini 2022-ci ilin sonunadək uzadıb.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Putin bu xanıma YÜKSƏK VƏZİFƏ VERDİ

SONRAKI XƏBƏR

Pentaqon: İŞİD ABŞ-a zərbə endirəcək