İspaniya La Liqası: "Barselona" yenə uduzub

Futbol üzrə İspaniya La Liqasında XI tura start verilib.

"Report"un məlumatına görə, "Barselona" səfərdə "Rayo Valyekano"nun qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Radamel Falkao vurub.

Bu nəticədən sonra xallarını 19-a çatdıran "Rayo Valyekano" 5-ci pilləyə yüksəlib. Kataloniya təmsilçisi isə 15 xalla 9-cu sırada qalıb.

Qeyd edək ki, "Barselona" ötən tur El Klasikoda "Real Madrid"ə 1:2 hesabı ilə məğlub olub.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

"Yuventus" uduzdu

SONRAKI XƏBƏR

Hacıqabulda gənc bıçaqlanıb