Acun Ilıcalı İngiltərə klubunu alacaq

Türkiyəli iş adamı Acun Ilıcalı İngiltərə klubunun səhmlərini almaq qərarına gəlib.

Yenisabah.az NTV telekanlına istinadla xəbər verir ki, TV8 kanalının rəhbəri “Hall Siti”ni almaq niyyətindədir.

52 yaşlı biznesmen komandanı yenidən Premyer Liqaya yüksəltmək istəyir.

Ilıcalı “narıncı-qaralar”ın səhmlərini 35,5 milyon avroya almağı planlaşdırır.

Qeyd edək ki, bu klubun ən möhtəşəm tarixi 2014-cü ildə İngiltərə Kubokunun finalına yüksəlməsi olub.

Finalda “Arsenal” rəqibini 3-2 hesabı ilə məğlub edərək kubokun sahibi olub.

Mehri Qurban

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Fahişəlik əməliyyatından çıxan iyrənc detallar - İçərilərində azyaşlılar, evli qadınlar da var...- VİDEO

SONRAKI XƏBƏR

Qəzaya düşən Əməkdar artistin son vəziyyəti açıqlandı