Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu bu gün Polşa kubokunda növbəti görüşünə çıxacaq.
“Minval.info” xəbər verir ki, Varşava təmsilçisi 1/16 finalda “Svit Skolvin” klubu ilə qarşılaşacaq.
Artıq matçın start heyəti açıqlanıb və Mahir Emreli ilk “11-lik”də yer alıb.
Qarşılaşma Bakı vaxtilə saat 16:00-da başlayacaq.
Mənbə: minval.info