“Barselona“ ona tapşırıldı - Amma müvəqqəti

“Barselona“ ona tapşırıldı - Amma müvəqqəti

"Barselona"nın müvəqqəti baş məşqçisi müəyyənləşib.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əsas komandanı müvəqqəti olaraq Serxi Barxuan çalışdıracaq.

"Barselona"nın prezidenti Joan Laportanın bu gün Barxuananı komandaya təqdim edəcəyi bildirilib. "Barselona B"nin baş məşqçisi olan S.Barxuan yeni çalışdırıcı təyinatına kimi təkcə əsas komandada işləyəcək.

Qeyd edək ki, "Barselona" bu gün baş məşqçisi Ronald Kumanı istefaya göndərib.

 

Mənbə: yenisabah.az