Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub.

Məlumata görə, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.

92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Abdullayev 1/8 finala yüksəlib. O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq.

Qeyd edək ki, dünya çempionatının beşinci günündə iki boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) Stefen Nevnslə (Şotlandiya) gücünü yoxlayacaq/Report.

Mənbə: www.mia.az