Hakan Çalhanoğlu məhkəməyə verildi

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu 3 milyon avro itirə bilər.

Yenisabah.az xəbər verir ki, “İnter”in yarımmüdafiəçisi məhkəməyə verilib.

27 yaşlı orta sahə oyunçusunu keçmiş meneceri məhkəməyə verib.

Eyni zamanda o, futbolçudan girov kimi bahalı qol saatı da istəyib.

Məhkəmənin başladığı bildirilir. Lakin menecerin onu məhkəməyə verməsinin səbəbi barədə məlumat verilməyib.

Qeyd edək ki, Hakan Çalhanoğlu “İnter”ə bu il transfer edilib.

Mehri Qurban

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

SONRAKI XƏBƏR

Ermənistan hərbçilərinin yaralanmasını TƏSDİQLƏDİ