Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib

Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib

Bakıda tanınmış idmançıların Yaponiyanın "Yüksələn Günəş" ordeni ilə təltifolunma mərasimi keçirilib.

“Report” xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi fəxri mükafatı “Kanokan TT” Peşəkar Cüdo klubunun prezidenti Tərlan Həsənova və həmin növ üzrə milli paralimpiya komandamızın sabiq baş məşqçisi Əhməddin Rəcəbliyə təqdim edib.

Mərasim zamanı səfir qeyd edib ki, bu nüfuzlu mükafatı Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi günlərində təqdim etmək, xüsusilə əlamətdardır: “Ordenlərin təqdim olunması azərbaycanlıların cüdo idman növünə töhfəsinin Yaponiya tərəfindən dəyərləndirildiyini göstərir. Azərbaycan idmançıları sözügedən ordenə 2016-cı ildən bu yana ikinci dəfədir layiq görülür”.

“Kanokan TT” klubunun prezidenti Tərlan Həsənov və qocaman idmançımız Əhməddin Rəcəbli də bu nüfuzlu mükafata görə təşəkkür ediblər.

Qeyd edək ki, "Yüksələn Günəş" ordeni ilə Yaponiya ilə əlaqələrin inkişafında müstəsna xidmətlərə görə əcnəbilər təltif olunur.

Mənbə: pia.az