“Onları tənqid etdiyim üçün adım bu siyahıya salınmayıb” – Kurtua

“Onları tənqid etdiyim üçün adım bu siyahıya salınmayıb” – Kurtua

FİFA 2021-ci ilin ən yaxşı qapıçısı adına namizədlər siyahısına Tibo Kurtuanı daxil etməyib.

Qol.az xəbər verir ki, Belçika millisi və “Real”ın qapıçısı bununla bağlı fikirlərini açıqlayarkən FİFA-nın qərarına təəccüblənmədiyini söyləyib.

“Komanda uğurları fərdi uğurlardan daha önəmlidir. Həmin mükafatlardansa Çempionlar Liqası və La Liqanı qazanmağı daha üstün tuturam. FİFA-nın seçimi isə məni təəccübləndirmədi. Düşünürəm ki, bir ay əvvəl onları tənqid etdiyim üçün belə qərar veriblər. Mən isə klubuma faydalı olmaq üçün əlimdən gələni edirəm. Əlbəttə, başqa komandalarda da əla qapıçılar var. Ümid edirəm, ən çox layiq olan mükafatı qazanar”.

Kurtua FİFA və UEFA haqda nə demişdi?

Bir müddət əvvəl Belçika və İtaliya arasında keçirilən Millətlər Liqasının üçüncülüyü uğrunda görüşlə bağlı Kurtua FİFA və UEFA-nın tənqid edən bu sözləri demişdi: “Üçüncü yer uğrunda oyuna ehtiyac yoxdur. Sadəcə, belə matçlar daha çox pul qazanmaq üçün təşkil edilir. Bu mövzuda dürüst olmalıyıq. Bu gün UEFA-ya pul qazandırmaq üçün meydandayıq. Komandaların heyətdə nə qədər rotasiyalara getməsinə fikir verin. Bu matç final olsaydı, fərqli oyunçuları izləyərdik”.

Qeyd edək ki, hazırda dünyanın ən yaxşı “1 nömrə”lərindən sayılan Kurtua 2018-ci dünyada ilin qapıçısı seçilib.

Mənbə: qol.az