"Messiyə ayıb deyil?"

Niderland millisinin sabiq futbolçusu Rafael van der Vart PSJ-nin hücumçusu Lionel Messini tənqid edib .

Qol.az Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, argentinalı hücumçu ilə bağlı deyib: “Messi məni kədərləndirir. Bu, iradə məsələsidir. Ya istəyərsən, ya da istəmərsən. Messiyə tələb var. Qol vurmasa və ya qol ötürməsi verməsə, deməli, pis oynayıbb. Neymar və Mbappe daha çox iş görür.

Məsələn, Kriştiano Ronaldo. İki fərqli oyunçu olmalarına baxmayaraq, Ronaldo mübarizə aparır və komandanı növbəti səviyyəyə çıxarmaq istəyir. Messi vaxtaşırı meydançada gəzir, mən də düşünürəm ki, Messiyə ayıb deyil? Messiyə görə üzülürəm. Ayıbdır, çünki belə futbolçu bir daha dünyaya gəlməyəcək. Messi kimi oyunçunun bu cür oyunu doğru deyil".

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda koronadan ölüm hallarının artmasının səbəbi...

SONRAKI XƏBƏR

Paşinyanın gizli mesajları - Bütün faktlar açılır