“Çelsi” onlarla müqaviləni yeniləyir

“Çelsi” onlarla müqaviləni yeniləyir

“Çelsi” futbolçuları Meyson Mount, Ris Ceyms və Andreas Kristensenlə müqaviləsini yeniləməyi planlaşdırır.

Qol.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. “Zadəganlar”ın sözügedən oyunçulara sözləşməni yeniləmək üçün təklif göndərməyə hazırlaşdığı bildirilib.

Meyson Mountun indiki müqaviləsi 2024-cü ilin yayına, Ris Ceymsin sözləşməsi 2025-ci ilin yayına, Andreas Kristensenin müqaviləsi isə bu mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Kristensen 2013-cü, Mount 2017-ci, Ceyms isə 2018-ci ildən London təmsilçisində oynayır.

Mənbə: qol.az