ÇL-də həftənin ən yaxşı qolu - Video

Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun ən yaxşı qolu müəyyənləşib.

Qol.az xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə "Liverpul"u yarımmüdafiəçisi Tiaqo Alkantaranın 29 metrdən "Portu"ya (2:0) vurduğu qol 1-ci olub.

Səsvermədə həmçinin “Bavariya”nın hücumçusu Robert Levandovskinin Kiyev “Dinamo”sunun (2:1) qapısını vurduğu baxımlı qol da yer alıb. Namizədlər sırasına "Sportinq"in yarımmüdafiəçisi Pedro Qonçalves və "Yanq Boyz"un müdafiəçisi Silvana Heftinin vurduğu qollar da daxil idi.

 

Qol.az

ƏVVƏLKİ XƏBƏR

“Hərdən onunla barışmaq istəyirəm” - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycan Türkiyədən quru çay idxal edəcək