"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib

"Mançester Yunayted"in yeni baş məşqçisi müəyyənləşib

İngiltərə "Mançester Yunayted"inin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, bir neçə gün öncə Ule Qunnar Sulşerlə vidalaşan "qırmızı şeytanlar" hazırda Rusiyanın "Lokomotiv" (Moskva) klubunda məsləhətçi vəzifəsində çalışan Ralf Ranqniklə anlaşıb.

İddiaya görə, 63 yaşlı almaniyalı mütəxəssislə cari mövsümün sonunadək müqavilə imzalanacaq. Ranqnik yeni mövsümdən isə 2 il ərzində klub rəhbərliyində yer alacaq.

Qeyd edək ki, Sulşerin gedişindən sonra "Mançester Yunayted" müvəqqəti olaraq Maykl Kerrik başçılıq edir.

Mənbə: report.az