"Qarabağ" azarkeşləri "Omoniya" ilə oyunda nəhəng pankart açıblar

"Qarabağ" azarkeşləri Bakıda Kiprin "Omoniya" komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl nəhəng pankart açıblar.

"Report"un məlumatına görə, pankartda "Sizin boş xəyallarınız bizim reallıqlarımızdır, evimizdə görüşərik" yazılıb.

Arxa fonda isə Ağdam məscidi və İmarət stadionu təsvir olunub.

Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Kosmosdan gələn mutantlar… - Alimlər yeni bioloji təhlükə barədə xəbərdarlıq edirlər…

SONRAKI XƏBƏR

İlham Əliyev Rusiya prezidentinə başsağlığı verdi