“Omoniya”nın futbolçusu “Qarabağ”ın oyunçusundan üzr istəyib formasını aldı - FOTO

“Omoniya”nın futbolçusu “Qarabağ”ın oyunçusundan üzr istəyib formasını aldı  - FOTO

“Omoniya”nın futbolçusu Kiko “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovla formasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb matç zamanı portuqaliyalı futbolçunun qarşılaşmanın 1-ci yarısında “Qarabağ”ın oyunçusuna qarşı kobud oynamasıdır.

Kiko qarşılaşmadan sonra stadionun içində Abbası gözləyib. Kobud oynadığına görə ondan üzr istəyərək formasını istəyib.

Mənbə: qafqazinfo.az