"Sabah"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandı

"Sabah"ın futbolçusu hakimi təhqir etdiyi üçün cəzalandı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasın Birinci Divizionun 9-cu turuna həsr olunan hissəsində "çərçivə"dən kənara çıxanlar cəzalandırılıb.

MOİK – "Qarabağ-2” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimələnib.

"Zaqatala” – "Qaradağ Lökbatan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

"Sabah-2” – "Qəbələ-2” oyununda matçın 74-cü dəqiqəsində "Sabah-2”nin 21 nömrəli futbolçusu İldar Alekperov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 320 manat cərimə olunur. "Qəbələ-2”nin isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

"Turan Tovuz” – "Neftçi-2” oyununda "Neftçi-2”nin 90 nömrəli futbolçusu Nicat Musayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub.

"Səbail-2” – "Kəpəz” oyununda "Səbail-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

Səbuhi Həsənov

Mənbə: qaynarinfo.az