Haalandan sevindirici xəbər

Haalandan sevindirici xəbər

Dortmund "Borussiya"sının futbolçusu Erlinq Haaland zədəsini sağaldıb.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Marko Rouz məlumat verib. O, norveçli hücumçunun Bundesliqanın 13-cü turunda "Volfsburq"la oyuna komanda ilə birgə yollanacağını bildirib.Bununla belə, Halland start heyətdə meydana çıxmayacaq və qısa müddət oynayacaq.

Qeyd edək ki, 21 yaşlı futbolçu zədə səbəbindən 1 aydır yaşıl meydanlardan uzaqdır.

Mənbə: qol.az