Mini-futbol turniri keçiriləcək

Mini-futbol turniri keçiriləcək

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) və BrendSport birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərə həsr olunan "İlhamlı Qələbələr" adlı festival davam edir.

27 noyabr 2021-ci il tarixdə saat 14:00-da Olimpiya Stadionunun mini-futbol meydançasında festival çərçivəsində təşkil olunan mini-futbol turnirinin açılış mərasimi keçiriləcək.

Oyunlar olimpiya sistemi ilə (uduzan çıxır) davam edəcək. Turnirin yarımfinal oyunu 28 noyabr, final oyunu isə 29 noyabrda keçiriləcək.

Onu da qeyd edək ki, festivalın iştirakçıları qazilər, şou-biznes nümayəndələri, Olimpiya, Dünya, Avropa çempionları və kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət komandalar olacaq.

Informasiya dəstəyi - Trend.az, Day.az, Milli.Az, Azernews.az

Mənbə: news.milli.az