"Legiya"nın azarkeşləri polisləri döydü - Şəkillər

"Legiya"nın azarkeşləri polisləri döydü - Şəkillər

Avropa Liqasının 5-ci turunda “Lester” - "Legiya" oyununda qalmaqal baş verib

Qol.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları “Lester” tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar. Həmin anda polislər sözügedən azarkeşlərə mane olmaq istəyib. Müqavimət ilə üzləşən polşalılar onlara da hücum çəkiblər. Nəticədə 12 polis əməkdaşı müxtəlif xəsarətlər alıb. Qonaqların 7 fanatı saxlanılıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də oynadığı “Legiya” “Lester”ə 1:3 hesabı ilə məğlub olaraq, qrupda sonuncu pilləyə düşüb.

Mənbə: qol.az