Maksim və Qara Konfrans Liqasında ən yaxşılar arasında

Maksim və Qara Konfrans Liqasında ən yaxşılar arasında

Konfrans Liqasının qrup mərhələsinin 5-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

Qol.az xəbər verir ki, “Qarabağ”ın kapitanları Maksim Medvedev və Qara Qarayev ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb. Hər iki futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda “Omoniya” ilə keçirilən görüşdə 83 dəqiq ötürmə ilə yadda qalıb. Bununla Maksimlə Qara 5-ci turda dəqiq ötürmə baxımından 2-3-cü yerləri bölüşdürür. Milli komandamızın oyunçuları yalnız “Randers”in üzvü Lasse Berq Yonsendən geri qalır. Norveçli yarımmüdafiəçi ÇFR-lə görüşdə 92 dəqiq ötürmə ilə komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub.

Davinson Sançesdə (“Tottenhem”) 82, Bruno Martins İndidə (“Alkmaar”) isə 81 ünvana çatan pas olub.

Qeyd edək ki, “Omoniya” qollu heç-heçə (2:2) edən “Qarabağ” son tur öncəsi 11 xalla qrupda ikinci pillədə qərarlaşıb.

Mənbə: qol.az