"Barselona"nın yeni planı: Torresin əvəzinə Dembele

"Barselona"nın yeni  planı: Torresin əvəzinə Dembele

"Barselona" "Mançester Siti"nin futbolçusu Ferran Torresi transfer etməkdə israrlıdır.

Qol.az xəbər verir ki, bu barədə "Esport3" məlumat yayıb. Kataloniya klubu 21 yaşlı yarımmüdafiəçinin əvəzində qarşı tərəfə Usman Dembeleni vermək niyyətindədir. "Barselona" keçid ilə əlaqədar "Mançester Siti"yə təklif göndərib. Lakin "şəhərlilər" bunu rədd edib. "Barselona" hazırda Torresi almaq üçün yeni təklif üzərində işləyir.

Qeyd edək ki, Torres ötən ildən "Mançester Siti"də oynayır.

Mənbə: qol.az