İnfantino onları tənqid etdi: "Qorxurlar ki, mövqeləri risk altında olacaq"

İnfantino onları tənqid etdi: "Qorxurlar ki, mövqeləri risk altında olacaq"

 

Dünya çempionatının iki ildən bir keçirilməsinin tərəfdarı olan FİFA prezidenti Canni İnfantino bu ideyaya qarşı çıxanları tənqid edib.

Qaynarinfo xəbər verir ki, İnfantino dünya çempionatı ilə bağlı qərara qarşı çıxanların qorxduqlarını deyib. Futbol funksioneri xüsusilə UEFA və CONMEBOL-u hədəfə alıb. O, bunları söyləyib: "Buna qarşı çıxanlar, istəməyənlər zirvədə olanlardır. Həyatın hər sahəsində islahatlar, dəyişikliklər var. Onlar zirvədə olduqları üçün heç nəyi dəyişmək istəmirlər. Qorxurlar ki, mövqeləri risk altında olacaq. Biz bunu başa düşürük və zirvəyə çatmaqda bu qədər uğurlu olduqları üçün onları alqışlayırıq. Amma qapıları bağlaya bilmərik. Qapını açıq saxlamalıyıq, məcburuq. Ümid və fürsətin qapılarını açın”.

UEFA iki ildən bir dünya çempionatı ideyasının yerli və beynəlxalq matçlar arasında balansı pozacağını iddia etsə də, CONMEBOL bu ideyanın 100 ildən çox davam edən futbol mədəniyyətinə zərər verəcəyini düşünür.

Səbuhi Həsənov

Mənbə: qaynarinfo.az