"Liverpul"un sabiq futbolçusu karyerasını bitirdi

"Liverpul"un sabiq futbolçusu karyerasını bitirdi

"Liverpul"un sabiq futbolçu Maksi Rodriges karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu barədə 40 yaşlı hücumçu özü açıqlama yayıb. O, İnstaqram səhifəsində etdiyi paylaşımda futbolla vidalaşdığını yazıb. Rodrigesin son klubu 2019-cu ildən formasını geyindiyi “Nyuells Old Boys” olub.

Qeyd edək ki, Maksi Rodriges “Atletiko” (2005-2010) və “Liverpul” (2010-2012) kimi nəhəng klublarda çıxış edib.

Mənbə: qol.az